Danimarkanın baş naziri NATO-nun baş katibi postuna namizəd olmadığını açıqlayıb

Danimarkanın baş naziri NATO-nun baş katibi postuna namizəd olmadığını açıqlayıb

Bakı. TurkicWorld:

Danimarkanın baş naziri Mette Frederiksen NATO-nun baş katibi vəzifəsinə təyin olunacağı ilə bağlı xəbərlər fonunda, öz işindən başqa heç bir işə namizəd olmadığını bildirib.

TurkicWorld xəbər verir ki, bu barədə "Ritzaus Bureau" məlumat yayıb.

Müvafiq məlumatlar hökumət başçısının prezident Co Baydenlə görüşmək üçün ABŞ-a səfəri ərəfəsində yayılıb.

"Güman edirəm ki, biz Vilnüslə bağlı müzakirə aparacağıq (orada NATO sammiti keçiriləcək – red.). Mən Danimarkanın Baş Naziri kimi gördüyüm işdən başqa heç bir işə namizəd deyiləm", - deyə baş nazir bildirib.

Daha əvvəl "Politico" qəzeti rəsmi dairələrdəki mənbələrə istinadən bildirib ki, Danimarkanın baş naziri Mette Frederiksenin NATO-nun yeni baş katibi vəzifəsinə namizədliyi nəzərdən keçirilir.