Yunanıstanda parlament seçkilərində seçki məntəqələri açılıb

Yunanıstanda parlament seçkilərində seçki məntəqələri açılıb

Bakı. TurkicWorld:

Yunanıstan parlament seçkilərində seçki məntəqələri bazar günü yerli vaxtla saat 07:00-da açılıb.

TurkicWorld-un məlumatına görə, onlar saat 19:00-dək işləyəcəklər, bundan sonra Yunanıstanın aparıcı telekanalları böyük "exit-poll"un ümumi nəticələrini elan edəcəklər.

O vaxta qədər KİV-ə ictimai rəy sorğularının ilkin qiymətləndirmələrini yaymaq qadağandır.

Saat 20:30 radələrində Daxili İşlər Nazirliyinin hesablanmış bülletenlərin 10%-nin, saat 21:30-dan 22:00-dək isə təxminən 80%-nin məlumatını açıqlayacağı gözlənilir.