Türkiyə vətəndaşlarının Yunan adalarına vizasız səyahət dövrü başlayıb

Türkiyə vətəndaşlarının Yunan adalarına vizasız səyahət dövrü başlayıb

Bakı. TurkicWorld:

Türkiyə vətəndaşları üçün Yunan adalarına "qapıda viza müraciəti"nin 1 aprel Bazar ertəsi günü başlayıb.

TurkicWorld xəbər verir ki, bu barədə Yunanıstanın Rodos adasının rəsmiləri açıqlayıb.

Yunanıstan rəsmiləri, 10 adaya keçidi təmin edəcək yeni vizanın 60 avroya başa gələcəyini və bu ödənişə pasport nəzarəti və barmaq izi qeydiyyatının daxil olacağını bildirib.

Yunanıstan Avropa İttifaqı daxili sərbəst hərəkət zonası olan Şengenə daxil olsa da, Türkiyə vətəndaşlarının Şengen vizası üçün müraciət etməsinə ehtiyac olmayacaq.

Ziyarətçilərin Aİ-nin digər üzv dövlətlərinə səyahətinə isə icazə verilməyəcək.

Yeddi günlük viza 10 Yunan adasını, Sakız, Lesbos, Rodos, Samos, Kos, Meis, Leros, Kalimnos, Simi, Lemnos adalarını əhatə edir . İyun ayında plana daha kiçik adaların qoşulacağı gözlənilir.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dekabr ayında Yunanıstana tarixi səfərindən sonra Yunanıstanın baş naziri Kiryakos Mitsotakis Yunanıstanın 10 adasında Türkiyə vətəndaşları üçün yeddi günlük viza müraciətinə başlanılacağını açıqlamışdı.

X: Lamanasadli01