Yunanıstan və Misir prezidentlərinin Türkiyəyə səfəri gözlənilir

Yunanıstan və Misir prezidentlərinin Türkiyəyə səfəri gözlənilir

Bakı. TurkicWorld:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın may ayında ölkəsinin normallaşma prosesinə girdiyi Misir prezidenti Əbdülfəttah əs-Sisi və Yunanıstanın baş naziri Kiryakos Mitsotakisi qəbul edəcəyi gözlənilir.

TurkicWorld xəbər verir ki, digər tərəfdən, Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə təxirə salınmış səfərinin seçkilərdən sonra baş tuta bilər.

Bundan əlavə, Ərdoğanın aprelin 22-də İraqa, mayın 9-da isə ABŞ-a səfəri gözlənilir.

Məlumata əsasən, Ərdoğanın İraqa səfəri çərçivəsində terrorla mübarizə və İnkişaf Yolu layihəsi müzakirə olunacaq.

ABŞ prezidenti Co Baydenlə görüşdə isə F-16 prosesi və Türkiyənin F 35 layihəsi üçün ödədiyi 1,4 milyard dolların geri qaytarılması, terrorla mübarizə, İsrailin Qəzzaya hücumlarının dayandırılması və iki dövlətli həll məsələləri müzakirə olunacaq.

X: Lamanasadli01