Türkiyə – Yunanıstan sərhəddində terrorçular saxlanılıb

Türkiyə – Yunanıstan sərhəddində terrorçular saxlanılıb

Bakı,TurkicWorld

Türkiyədən qeyri-qanuni yollarla Yunanıstana keçməyə cəhd edən ikisi terror təşkilatı üzvü olan dörd nəfər yaxalanıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Sərhədlərimizdə terrorla mübarizəmiz davam edir. Ölkəmizdən qeyri-qanuni yollarla Yunanıstana keçməyə cəhd edən dörd nəfər sərhəd qoşunlarımız tərəfindən yaxalanıb. Tutulan şəxslərdən biri PKK, digəri isə DHKP-C terror təşkilatının üzvü olub”,- deyə nazirlikdən bildirilib.