Türk vətəndaşları üçün təcili viza müraciəti beş yunan adasında başlayıb

Türk vətəndaşları üçün təcili viza müraciəti beş yunan adasında başlayıb

Bakı, TurkicWorld

Türk vətəndaşları üçün təcili viza müraciəti Leros (Leros), Limni (Limnos), Kelemez (Kalimnos), Meis (Kastelorizo) və Symi (Simi) adalarında başlayıb.

TurkicWorld xəbər verir ki, bu barədə Yunanıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə ekspress vizadan yararlanmaq istəyən türkiyəli ziyarətçilər tələb olunan sənədləri və ərizə formasını Yunanıstan səlahiyyətlilərinə təqdim etməlidirlər.

Girişdə gözləməyin qarşısını almaq üçün sənədlərin adalar və Türkiyə arasında bərə xidmətlərini təşkil edən turizm agentliklərinə çatdırılması tövsiyə olunur.

Hər adaya səfər üçün Yunanıstan səlahiyyətliləri tərəfindən bir gündən yeddi günə qədər etibarlı viza veriləcəkdir. Adalar üçün alınan ekspress vizalar yalnız bu adalar üçün keçərlidir və Yunanıstanın başqa bölgəsinə keçmək üçün istifadə oluna bilməz.

Yalnız bir keçid üçün etibarlı olacaq vizanın rüsumu 60 avro olacaq.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dekabr ayında Yunanıstana tarixi səfərindən sonra Yunanıstanın baş naziri Kiryakos Mitsotakis Yunanıstanın 10 adasında Türkiyə vətəndaşları üçün yeddi günlük viza müraciətinə başlanılacağını açıqlamışdı.