Çin Mərkəzi Asiyaya 4 milyard dollara yaxın yardım edəcək – Si Cinpin

Çin Mərkəzi Asiyaya 4 milyard dollara yaxın yardım edəcək – Si Cinpin

Bakı TurkicWorld

Çin Mərkəzi Asiyaya 3,7 milyard dollar məbləğində yardım edəcək.

TurkicWorld xəbər verir ki, bunu Çin prezidenti Si Cinpin deyib.

“Çin Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığa, eləcə də bu ölkələrinin inkişafına yardım etmək üçün 26 milyard yuan (3,7 milyard dollar) maliyyə yardımı və pulsuz dəstək verəcək”, - Szinpin bildirib.

Qeyd edək ki,Çin Mərkəzi Asiya sammiti mayın 18-də başlayıb. Sammitdə Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti İmaməli Rəhman, Özbəkistan Prezidenti Şövkət Mirziyayev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov iştirak edir.

Mehriban Xəlilli

Twitter: @MXalilbekova