Hulusi Akar kimdir?

Hulusi Akar kimdir?

Bakı. TurkicWorld:

Hulusi Akar 12 mart 1952-ci ildə Türkiyənin Kayseri şəhərində anadan olub.

1972-ci ildə Hərbi Akademiyanı, 1973-cü ildə Piyada Məktəbini bitirib.

1982-ci ildə Ordu Hərbi Kollecini, 1985-ci ildə Silahlı Qüvvələr Akademiyasını və 1987-ci ildə ABŞ Silahlı Qüvvələri Qərargah Kollecini bitirən Akar, 1990-1993-cü illərdə Neapol/İtaliyadakı Müttəfiq Qüvvələrin Cənub Regional Komandanlığının Qərargahında kəşfiyyat zabiti, 1997-1998-ci illərdə isə Bosniya-Herseqovinada Türkiyə G/K Komandanlığı vəzifəsində çalışıb.

2007-ci ildə general-leytenant rütbəsinə yüksələn Akar 2007-2009-cu illərdə Quru Qoşunlarının Maddi-Texniki Təminat Komandanlığı, 2009-2011-ci illərdə isə 3-cü Korpus Komandanlığı vəzifəsində çalışmış və 2011-ci ildə general rütbəsinə yüksəlmişdir.

2011-2013-cü illər arasında Baş Qərargahın 2-ci rəisi vəzifəsini icra edən general, 23 avqust 2013-cü ildən etibarən Quru Qoşunlarının komandanı təyin edilib.

Daxili Təhlükəsizlik Hərəkatında əldə etdiyi nailiyyətlərə görə Baş Qərargah tərəfindən “Üstün Şücaət və İmtina” medalı ilə təltif edilən general Akar, Türk Silahlı Qüvvələrinin (TSK) Fəxri Xidmət medalı ilə də təltif edilib.

Akar, həmçinin Bosniya və Herseqovinada SFOR əməliyyatında oynadığı rola görə ABŞ-ın "Ləyaqət Medalı"na və Koreya Respublikasının Milli Təhlükəsizlik Mükafat Medalına malikdir.

O, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 09 iyul 2018-ci il tarixli sərəncamı ilə Türkiyənin Milli Müdafiə naziri təyin edilib.

O, səlist İtaliyanca və ingiliscə danışır.

Hulusi Akar ailəlidir və iki övladı var.