Son dəqiqə

Türkiyə Lütfi Elvan Kim kimdir?

Lütfi Elvan kimdir?

Bakı, Dekabr 30. /TurkicWorld/

12 mart 1962-ci ildə Karaman vilayətinin Ermenekde bölgəsində anadan olan Türkiyəli siyasətçi, ekonomist və mühəndisdir. Atasının adı Nuri, anasının adı Samiyədir.

Orta təhsilini Türkiyənin Konya şəhərində bitirdikdən sonra 1983 ilində İstanbul Texniki Universitetinin Mədən fakültəsindən məzun olub. 1989-cu ildəİngiltərənin Leeds Universitetindən, 1995-ci ildə isə ABŞ-ın Delaware Universitetində təhsil alıb.

Daha sonra Türkiyədə Etibank-da mühəndis kimi fəaliyyətə başlayıb.

AK Partiyadan Karaman millət vəkili seçilib və Türkiyə-Avropa İttifaqı Birgə Parlament Komissiyasının həmsədri, Türkiyə-Macarıstan Dostluq Qrupunun sədri, Cənub-Şərqi Avropa Əməkdaşlıq Prosesinin Türkiyə Nümayəndəsi kimi vəzifələrdə çalışıb.

25 dekabr 2013-cü ildə Dənizçilik və Rabitə naziri təyin edilib və nazir vəzifəsini Binəli Yıldırımdan alıb.

İngiliscə səlist şəkildə danışan Elvan evlidir və 2 uşaq atasıdır.

Mövzuya görə xəbərlər