BAKI, TurkicWorld
23 aprel 1965-ci ildə keçmiş SSRİ-nin tərkibində olan Qaraçay-Çərkəz Respublikasının Erkin-Xalq qəsəbəsində anadan olub. 1983-cü ildə orta məktəbi bitirib. 1985-ci ilə qədər Arxangelsk vilayətində hərbi xidmət keçib.
1985-ci ildə musiqi məktəbini klassik gitara ixtisası üzrə bitirib. 1989-cu ildə "Noğay Keşeler" (Noqay gecələri) adlı ilk albomunu buraxaraq "Noqay" musiqi qrupunu yaradıb. Elə həmin il Qaraçay-Çərkəz Respublikasında keçirilən "Bardov" Festivalında birinci yerə layiq görülüb.
Qaraçay-Çərkəz Respublikasının Xalq Artisti adına layiq görülüb və 1994-cü ildə ona "Respublikanın Ən Gözəl Səsi" fəxri adı verilib.
Orta əsrlərdə yaşamış noqay şairləri ilə bağlı tədqiqatlar aparıb və Şalkiyiz Tilənşi Ulı, Asan Qayıqlı, Qaztuğan Süyünüş Ulı və Dosmambet Azavlı kimi şairlərin şeirlərinə musiqilər bəstələyib.
1997-ci ildə Sankt-Peterburqda "Nohay El" adlı ikinci albomunu buraxıb.
Həmin il Moskvada keçirilən Türk Xalqları Festivalında iştirak edib. Onun ifa etdiyi mahnı "Festival Mahnısı" adına layiq görülüb.
2004-cü ildən etibarən Qazaxıstanın paytaxtı Astana şəhərində yaşayır. Qazaxıstan Prezident Orkestrində fəaliyyət göstərir.
2005-ci ildə İkinci Dünya Müharibəsinin başa çatmasının 60 illiyi münasibətilə keçirilən "Vətənpərvər Mahnılar" bəstə müsabiqəsində iki mükafata layiq görülüb.
Aslanbek Sultanbekov Dombra adlı musiqisisi ilə Türk xalqları arasında məşhurluq qazanıb.






