Bakı, TurkicWorld
“Oğuz kağan” Hun türklərinin dastanıdır. Dastan XIII əsrdə Uyğur yazısı və Uyğur türkcəsi ilə qələmə alınıb. Oğuz kağan dastanın baş qəhrəmanıdır. Belə bir ehtimal var ki, Oğuz kağan Metenin simvoludur. Oğuz kağan Ay kağanının oğludur. Əsər Oğuzun doğuşu ilə başlayır: “Günlərin bir günü Ay Kağanın gözü parladı, doğum sancıları başladı və bir erkək cocuq doğdu. Bu cocuğun üzü göy kimi parladı. Ağzı atəş qızılı, gözləri ala, saçları və qaşları qara idi”. Oğuz doğulan kimi anasının döşündən yalnız bir dəfə süd əmir. Sonra çiy ət yeyir, şərab içir. Onun qəribə zahiri görkəmi vardır. Ayağı öküz ayağı, beli qurd beli, köksü ayı vücudunda, bədəni tüklü olan bu insan qeyri-adi qəhrəman kimi təqdim olunub.
Oğuz kağan Tanrıya yalvararkən göydən işıq düşür. İşığın içində oturan bir qızla evlənir və ondan Gün, Ay, Ulduz adında üç övladı doğulur. Oğuz kağan bir gün ağacın koğuşunda gözü göydən daha göy, saçları dərə kimi dalğalı, dişləri inci kimi qız görür. Onunla evlənir. Bu qızdan Göy, Dağ, və Dəniz adında övladları dünyaya gəlir. Oğuz kağan bir gün toy (məclis) qurur. Toya xalqı dəvət edir. Toyun sonunda “mən uyğurların xaqanıyam, yerin 4 bucağının xaqanı olmaq gərəkdir” deyərək bu barədə olan fərmanını dünyanın 4 tərəfınə göndərir. Dastanda ifadə olunan bu fıkir türkün vahid dünya evi modelinə uyğundur. Ətraf hökmdarlar Oğuzun xaqanlığını qəbul edirlər. Urum xaqan isə ona tabe olmadığı üçün Oğuz kağan onun üzərinə qoşun yeridir. Yolda bir qurd onlara bələdçilik edir. Urum xaqan döyüşdə məğlub olur. Bundan başqa Oğuz kağan bir çox yerlərə yürüş edir və qələbə qazanır.
O, Cürcet “Oğuz kağan” Hun türklərinin dastandır. Dastan XIII əsrdə Uyğur yazısı və Uyğur türkcəsi ilə qələmə alınıb . Oğuz kağan dastanın baş qəhrəmanıdır. Belə bir ehtimal var ki, Oğuz kağan Metenin simvoludur. Oğuz kağan Ay kağanının oğludur. Əsər Oğuzun doğuşu ilə başlayır: “Günlərin bir günü Ay Kağanın gözü parladı, doğum sancıları başladı və bir erkək cocuq doğdu. Bu cocuğun üzü göy kimi parladı. Ağzı atəş qızılı, gözləri ala, saçları və qaşları qara idi”.
Oğuz doğulan kimi anasının döşündən yalnız bir dəfə süd əmir. Sonra çiy ət yeyir, şərab içir. Onun qəribə zahiri görkəmi vardır. Aya öküz ayağı, beli qurd beli, köksü ayı vücudunda, bədəni tüklü olan bu insan qeyri-adi qəhrəman kimi təqdim olunub. Oğuz kağan Tanrıya yalvararkən göydən işıq düşür. İşığın içində oturan bir qızla evlənir və ondan Gün, Ay, Ulduz adında üç övladı doğulur. Oğuz kağan bir gün ağacın koğuşunda gözü göydən daha göy, saçları dərə kimi dalğalı, dişləri inci kimi qız görür. Onunla evlənir. Bu qızdan Göy, Dağ, və Dəniz adında övladları dünyaya gəlir. Oğuz kağan bir gün toy (məclis) qurur. Toya xalqı dəvət edir.
Toyun sonunda “mən uyğurların xaqanıyam, yerin 4 bucağının xaqanı olmaq gərəkdir” deyərək bu barədə olan fərmanını dünyanın 4 tərəfınə göndərir. Dastanda ifadə olunan bu fıkir türkün vahid dünya evi modelinə uyğundur. Ətraf hökmdarlar Oğuzun xaqanlığını qəbul edirlər. Urum xaqan isə ona tabe olmadığı üçün Oğuz kağan onun üzərinə qoşun yeridir. Yolda bir qurd onlara bələdçilik edir. Urum xaqan döyüşdə məğlub olur. Bundan başqa Oğuz kağan bir çox yerlərə yürüş edir və qələbə qazanır. O, Cürcet xaqanı, Məsər xaqanı məğlub edib onların ərazilərinə sahib çıxır. Oğuz kağan böyük bir xaqanlıq yaradır. Ömrünün sonunda bir qurultay çağıraraq yurdunu oğlanları (Gün, Ay, Ulduz, Göy, Dağ və Dəniz) arasında bərabər bölür. Dastanda onun son sözləri belə ifadə olunur; “Ey oğullarım, mən çox yaşadım, çox vuruşlar gördüm, çox qarğı, çox ox atdım. Ayqır ilə çox yürüdüm. Düşmənləri ağlatdım, dostlarımı güldürdüm. Mən Göy tanrıya borcumu ödədim. Yurdumu sizlərə verib gedirəm”.
Diqqət etdikdə görərik ki, bu cür çağırış və müraciətlərə əksər türk qəhrəmanlıq dastanlarında rast gəlmək mümkündür. Bu səhnələrdə göyü çadır, günəşi bayraq hesab edən türkün qəhrəmanlığı, ədaləti, dünyada harmoniya yaratmaq istəyi öz əksini tapır.
“Bilqamıs” Şumer (türk) dastanıdır. Şumerlər qədim Şərqdə zəngin mədəni irsə sahib olan xalqlardan biri olub. Şumerlərin etnik mənsubiyyəti, Dəclə və Fərat çayları arasında yaşayana qədər bu ərazilərə haralardan gəlmələri, dili, mədəniyyəti, məişəti, idarəçilik sistemləri və s. haqqında elmi mənbələrdə müxtəlif fıkirlər mövcuddur.
Şumerlər təkcə qədim Şərqdə yox, o cümlədən Qərbdə də elm və mədəniyyətin, əkinçilik, şəhərsalma, siyasi idarəçilik və başqa sahələrin inkişafında mühüm rol oynayıb. İngilis alimi L.Bullinin dediyi kimi, “Qərb mədəniyyəti də Şumerdəki ana ocaqdan şölələndi. Misir, Babil, Assuriya, Finikiya, qədim yəhudi və nəhayət, Yunan mədəniyyətlərinin mənbəyini də Şumerdə axtarmaq lazımdır.” Şumer tarixi və mədəniyyətinin görkəmli tədqiqatçısı Kramerin “tarix Şumerdən başlayır” fıkri təsadüfi səslənmir, tarixə, fakta söykənməklə böyük həqiqətləri təsdiqləyir. Şumer dili Şərqin ən əhəmiyyətli mədəniyyət və siyasi dili olub. Təxmini hesablamalara görə daş və gil lövhələr üzərinə bu dildə 150-dən çox mətn yazılıb. Şumer dili eyni zamanda dövlət dili kimi qədim Şərqin aparıcı dilləri sırasında yerini mühafızə edə bilib. Əldə olunan mətnlərin, maddi sübutların və s. təhlili onu göstərir ki, Şumerlər etnik baxımdan türklərə daha yaxın olub.
Şumer dili ilə türk dillərinin söz köklərindəki oxşarlıq, bir sıra digər dil xüsusiyyətləri eyniliyi, əski Şumer mifoloji mətn, dastan və nəğmələri ilə türk folklorundakı süjet, düşüncə və s. sistemləri arasında yaxınlığın olması genetik baxımdan Şumer-Türk bağlılığını təsdiqləməyə imkan verir.
“Bilqamıs” da daxil olmaqla Şumerlərin digər yaradıcılıq nümunələri ilə türkün təxminən XVII-XVIII əsrlərə qədər yaranan mifoloji və dastan tipləri arasında müəyyən əlaqələr mövcud olub. “Bilqamıs” (bəzi mənbələrdə “Gilqamış”, “Bilqəmes”, “Bilqamış”) Şumer ədəbiyyatının ən möhtəşəm abidəsidir. Əsər təxminən 5 min il bundan əvvəl Dəclə və Fərat çayı hövzələrində yaşayan Şumerlər tərəfindən şifahi şəkildə yaradılmış, e.ə II minillikdə Akkad dilinə tərcümə edilərək 12 gil lövhə üzərinə köçürülüb. Əsərin müxtəlif variantları olsa da, bütün variantlarda Bilqamıs (hər şeyi bilən adam mənasında) mərd və igid insan kimi təqdim olunub. O, e.ə. təxminən 2800-2700-cü illərdə yaşamış, Şumer şəhəri Urukun əsasını qoymuş və ona rəhbərlik etmiş (kahin və sərkərdə kimi) tarixi şəxsiyyətdir. Bilqamıs şər qüvvələrə qarşı vuruşan, ağlı və gücü birləşdirən, dünyada harmoniya yaratmaq istəyən, qorxu bilməyən qəhrəman tipidir. Dastanda məzmun lövhələr şəklində təqdim olunur. Bu hissələr Bilqamısın Urukun əsasını qoyması, Enkidu ilə dostluğu, Sidr meşələrinə səyahəti, orada Humbabanı öldürmələri, Humbabanı öldürdüyünə görə Enkidunun Allahın qəzəbinə gəlməsi və Enkidunun ölməsi, sonda Bilqamısın əbədi həyat ardınca uzaq ellərə getməsi, orada dirilik çiçəyini tapıb elinə gətirərkən ilanın yolda həmin çiçəyi oğurlaması və s. ilə bağlı mətnlər diqqəti cəlb edir.
“Bilqamıs” dastanında özünə yer tapmış yerüstü və yeraltı aləm, ölümə qarşı mübarizə, əbədi həyat axtarışı, yuxu yozumu, türk düşüncəsində el ağsaqqalı və el qəhrəmanının xalqa münasibəti və s.məsələlərə bu və ya digər formada əski türk abidələri və yazılı ədəbiyyat nümunələrində də rast gəlmək mümkündür. “Alpamış”, “Yusif və Əhməd”, “Şeybani xan”, “Arzugül”, “Rüstəm xan” və s. özbək, “Satuq Buğra xan” Qaraxanlı, “Çingiznamə”lər silsiləsinə daxil olan “Çingiz xan” geniş mənada Orta Asiya türkləri, “Maaday Qara” Altay, “Ural batır” başqırd, “Qoblandı batır”, “Qənbər batır”, “Ayman Şolpan” və s. qazax, “Qırx qız”, “Boz igid”, “Esabay batır”, “Çora batır” və s.Tatar (Kazan və Krım tatarları), “Leyli və Məcnun”, “Fərhad və Şirin”, “Arzu-Qəmbər”, “Koroğlu “ və s. İraq-türkman, o cümlədən digər türk xalqlarının yaratmış olduqları dastanlar türk mədəniyyətinin təməl daşıyıcılarından biri olmaqla (ümumtürk və milli türk anlamında), ayrı-ayrılıqda həmin xalqların milli kimliklərinin təsdiqi, ictimai-siyasi baxışlarının və epos təfəkkürünün göstəricisi olmaq baxımından böyük əhəmiyyətə malikdirlər.
“Kitabi-Dədə Qorqud” estetik mükəmməlliyi, yüksək fəlsəfı idrak tərzi, forma əlvanlığı və s. xüsusiyyətləri ilə fərqlənən eposdur, türkün ana kitabıdır. Dastanda mifik təsəvvürün real təsəvvürləri əvəzləməsi, daha doğrusu, ictimai-siyasi, ailə-məişət və s. məsələlərin üstünlüyü türk epos təfəkküründə yeni mərhələyə keçidin başlanğıcı kimi xarakterizə oluna bilər. Yəni “Dədə Qorqud”dakı bu əvəzlənmə əslində türkün bir mükəmməl təfəkkürdən (mifologiya dövründən) digər mükəmməl təfəkkürə (tarixi dövrə) qədəminin yeni formasıdır.
“Dədə Qorqud” türk xalqlarının yaratmış olduğu milli mədəniyyət abidələri içərisində ən zəngin və ən möhtəşəm sənət əsəridir. Məşhur tədqiqatçı alim M.F.Köprülüzadənin dediyi kimi, “türk ədəbiyyatının bütün əsərləri tərəzinin bir gözünə, “Dədə Qorqud” o biri gözünə qoyulsa, yenə də “Dədə Qorqud” tərəfı ağır gələr”.
“Kitabi-Dədə Qorqud” oğuz elləri həyatından, oğuz igidlərinin şücaətlərindən bəhs edən qəhrəmanlıq dastanıdır. Bu səbəbdəndir ki, dastanın üzünü köçürən katib kitabı “Kitabi-Dədəm Qorqud ala lisani-taifeyi oğuzan” adlandırıb.
Dədə Qorqudun Drezden və Vatikan kitabxanalarında saxlanılan 2 əlyazma nüsxəsi vardır. 1815-ci ildə alman şərqşünası Dits Drezden kitabxanasında saxlanılan əlyazmanı üzə çıxarmış və dastan haqqında ilk məlumat verib.
Vatikan nüsxəsini isə 1952-ci ildə Ettori Rossi nəşr etdirib. Dastanın Drezden nüsxəsi 1 müqəddimə, 12 boydan, Vatikan nüsxəsi isə 1 müqəddimə, 6 boydan ibarətdir. Ortaq türk abidəsi olmaqla yanaşı, “Dədə Qorqud” un yarandığı coğrafı ərazi daha çox Azərbaycanla, dili isə Azərbaycan dili ilə bağlıdır. Dədə Qorqudun şəxsiyyəti, dastanın hansı dövrdə yaranması, hadisələrin konkret olaraq hansı zamanda baş verməsi, dastan mətnlərinin nə zaman yazıya alınması ilə bağlı Qorqudşünaslıqda müxtəlif fıkirlər mövcuddur. Lakin faktlar Dədə Qorqudun Məhəmməd peyğəmbər zamanına yaxın Bayat boyunda yaşamış tarixi şəxsiyyət olduğunu sübut edir. Dastanın VI-VII əsrlərdə formalaşması, elə həmin dövr hadisələrini əks etdirməsi, təxminən X əsrdən əvvəl yazıya alınması ilə bağlı fıkirlər artıq təsdiqini tapıb. “Dədə Qorqud”la özünə qədərki və özündən sonrakı türk eposları arasında ümumi bağlılıq mövcuddur. Bu bir tərəfdən regional əlaqə, digər tərəfdən isə milli-etnik düşüncə və yanaşmada təsdiqini tapa bilir.
Yəni Türküstandan Kiçik Asiyaya qədər ərazilərdə yaşayan türklərin yaratmış olduqları “Oğuz Kağan”, “Şu”, “Siyenpi”, “Ərgənəkon”,“Dədə Qorqud”, “Manas”, “Alpamış” və s. dastan tipləri arasında milli-etnik ideyanın və estetik düşüncənin təsirini inkar etmək mümkün deyil. Belə ki, “Dədə Qorqud” dastanları ilə digər türk dastanları olan“Alp ər Tonqa”, “Oğuz Kağan”, “Manas”, “Alpamış” və s. müxtəlif süjet və motivlərdəki oxşarlığın mövcudluğu sadəcə dastan elementləri kimi yox, milli-estetik düşüncənin tarixi vəhdəti və əlaqə tipi kimi xarakterizə olunmalıdır.
“Manas” qəhrəmanlıq dastanıdır. Əsər üç bölmədən ibarətdir. Birinci bölmə Manasın, ikinci bölmə onun oğlu Semeteyin, üçüncü bölmə isə nəvəsi Seytekin mübarizələrini əks etdirir. Manas dastanın baş qəhrəmanıdır. Tədqiqatçılar onun tarixi şəxsiyyət olduğunu təsdiqləyirlər. Üç hissədən ibarət dastanda irili-xırdalı yüzlərlə obrazın olmasına baxmayaraq, demək olar ki, bütün hadisə və obrazlar bu və ya digər formada Manasla əlaqələnir. Manas obrazı timsalında xalq öz azadlıq istəklərini, düşmənə qələbə çalmaq, birləşmək arzularını və s. əks etdirmiş, bu ideal obrazın ətrafında birləşib. Dastanda Manasın anadan olmasından ölümünə qədər olan bütün həyatı öz əksini tapa bilib. Lakin onun ölümündən sonra da hadisələr oğlu Semeteyin və nəvəsi Seytekin mübarizələri fonunda davam edib.
Dastanın baş qəhrəmanı olan Manas qeyri-adi qəhrəmandır. Onun qeyri-adiliyi anadan olduğunu gündən başlayıb, ömrünün sonuna qədər davam edir. Manas hələ anadan olmamış atası Yakıp (Yaqub) yuxu görür, arvadı Çıyırdı xatunun belinə bir yay bağlayaraq oğlunun doğulacağı günü gözləyir. Doğulan uşağın adını Manas qoyurlar, amma bu adı gizli saxlayırlar. Çünki Çin hökmdarı Əsən xanın kahinləri Manas adlı uşağın dünyaya gələcəyi və düşmənlərin cəzasını verəcəyini qabaqcadan xəbər veriblər. Buna görə də düşmənlər hər yerdə Manas adlı uşağı axtarır, onu tapıb öldürmək istəyirlər. Manas beşikdə ikən atasına düşmənlərdən qisas alacağını söyləyib. Böyüdükdən sonra o, xan seçilir, oxdəlməyən zirehini geyib, heç bir atın keçə bilmədiyi Akbozu minib düşmənlər üzərinə gedir. Kalmık xanı Alooke xanın qırğızlara etdiyi zülmə son qoymaq üçün mübarizəni davam etdirir. Manas mübarizədə tək deyildir. Kalmık xanı Qaraxının oğlu Almambet və Kökötöy Manasın ən yaxın silahdaşlarından biridir. Almambet atasından üz döndərərək müsəlmanlığı qəbul etmiş və Manasa sığınıb. Manas öz igidləri ilə birlikdə düşmənlərdən qisas alır, Ala-Tooya, Çinə və s. yürüş edir, Alooke xanı, Şooruk xanı məğlub edir. Manasın ölümündən sonra Semetey Talasa gəlir və hakimiyyəti ələ alır. O da atası kimi qırğız xalqının müdafıəçisi rolunda çıxış edir. Semetey İlyas xan tərəfindən öldürüldükdən sonra hakimiyyətə Seytek sahib çıxır. Bundan sonra baş verən hadisələr dastanın üçüncü hissəsinə aiddir.
“Manas” möhtəşəm bir qəhrəmanlıq dastanı olmaqla yanaşı, İslam dini ideyalarının, türk əxlaqı, düşüncəsi, adət-ənənələri, məişət tərzi və s. təbliği baxımından da əhəmiyyətlidir. Ümumiyyətlə, formalaşdığı zaman və məkandan asılı olmayaraq, türk dastanları milli-estetik təfəkkür daxilində inkişaf edərək funksional bağlılığı təmin etmiş və epos mədəniyyətimizin yüksəkliyini təsdiqləmişdir.
Mənbə: Filologiya elmləri doktoru, professor Elman Quliyev - Türk xalqları ədəbiyyatı