Alper Gezeravcı kimdir?

Alper Gezeravcı kimdir?

Bakı. TurkicWorld:

Alper Gezeravcı 2 dekabr 1979-cu ildə Mersində anadan olub. Uşaqlığını Bursada keçirən Alper Gezeravcı ibtidai və orta təhsilini tamamladıqdan sonra sonra Hərbi Hava Qüvvələri Hərbi Akademiyasında oxuyub. O, gənc yaşlarından pilot olmaq arzusunda olub. A.Gezeravcı Elektronika mühəndisliyi fakültəsini bitirib.

Təhsilini davam etdirməyə qərar verən Gezervacı magistr dərəcəsi aldı və ABŞ Hərbi Hava Qüvvələri Texnologiya İnstitutunda Əməliyyat Araşdırmaları üzrə ixtisaslaşdı.

O, həmçinin, uzun illər Türkiyə Hərbi Hava Qüvvələrində xidmət edib. Gezeravcı Ohayo ştatının Dayton şəhərində Hərbi Hava Qüvvələri Texnologiya İnstitutunda təhsil alıb.

21 il Türkiyə Hərbi Hava Qüvvələrində müxtəlif vəzifələr yerinə yetirən Alper Gezeravcı F-16 pilotu və Donanma Akademik Qolu Komandiri vəzifələrində çalışıb.

Türkiyə prezidenti Prezident Rəcəb Tayyib Ərdoğanın təlimatı ilə kosmosa ilk gedən astronavt Alper Gezervacı təyin olunub. Gezeravcı 17 yanvar 2024-cü ildə SpaceX Axiom Space-3 missiyası çərçivəsində kosmosa göndəriləcək.

O, Beynəlxalq Kosmik Stansiyada 14 gün qalacaq.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər

Haluk Bilginer kimdir?

Haluk Bilginer kimdir?

İbn Battuta kimdir?

İbn Battuta kimdir?

Məxdumqulu Fəraqi kimdir?

Məxdumqulu Fəraqi kimdir?

Çokan Vəlixanov kimdir?

Çokan Vəlixanov kimdir?

Murat Kurum kimdir?

Murat Kurum kimdir?

Sədi Şirazi kimdir?

Sədi Şirazi kimdir?