Həsən Arat kimdir?

Həsən Arat kimdir?

Bakı. TurkicWorld:

Həsən Arat 27 sentyabr 1959-cu ildə Adanada anadan olub.

İş adamı və keçmiş peşəkar basketbolçu Həsən Arat, İstanbulun 2020-ci il Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi etməsi nominasiyasının lideri kimi beynəlxalq şöhrət qazanıb.

O, 2012-ci ilin may ayında İstanbul, Beynəlxalq Olimpiya Komitəsi tərəfindən namizəd şəhər siyahısına daxil edildikdən sonra tenderə rəhbərlik etmək üçün Türkiyə Milli Olimpiya Komitəsinin vitse-prezidenti təyin edilib. Bu, İstanbulun Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi etmək üçün beşinci və ən uğurlu iddiası idi. 2020-ci ilin ev sahibi şəhərinin elanı 7 sentyabr 2013-cü il tarixində Buenos-Ayresdə keçirilib. Beynəlxalq Olimpiya Komitəsinin 125-ci sessiyasında hər bir namizəd şəhərin təqdimatından və Madridin Tokioya uduzmasından sonra, final mərhələsində Tokio, 36-60 səs fərqi ilə İstanbula qalib gəldi.

Arat, Beynəlxalq Olimpiya Komitəsinin üzvlərinə İstanbulun yekun təqdimatını edib və belə deyib:

"Tender Türkiyə xalqını, xüsusən də gənclərimizi ölkəmizin gələcəyi ilə bağlı ortaq baxış ətrafında birləşdirdi. Səsvermədə nə baş verməsindən asılı olmayaraq, bu təşəbbüs bütün xalqı bir araya gətirdi, gənc nəslimizi ilhamlandırdı və Türkiyə ilə Olimpiya Hərəkatı arasında qalıcı bir bağ yaratdı."

Həsən Arat, İstanbul 2020 Tenderində liderlik etdikdən sonra Avropa Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü seçilib və Beynəlxalq Olimpiya Komitəsinin Marketinq Komissiyasının üzvü təyin edilib. 2014-cü ilin may ayında Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax elan etdi ki, Arat, yeni Olimpiya Tender Proseduru İşçi Qrupunun doqquz üzvündən biri olacaq.

25 iyul 2019-cu il tarixində, Aratın 2023-cü ildə Polşanın Krakov və Malopolska bölgəsində keçiriləcək Avropa Oyunlarında AOK Koordinasiya Komissiyasının prezidenti olacağı açıqlandı. Arat, 24 noyabr 2019-cu ildə Dünya Atletika Şurasının direktorlar Şurasına üzv olub.

Arat, BİDEV (Basketbol Həmrəyliyi və Təhsil Fondu) İdarə Heyətinin sədridir. BİDEV, Türkiyə basketbolunun inkişafına töhfə verməyi hədəfləyən qeyri-kommersiya təşkilatıdır.

10 yanvar 2023-cü ildə Arat, beynəlxalq münasibətlərin və millətlərarası dostluğun möhkəmləndirilməsində müstəsna xidmətlərinə görə “Qızıl Monquş” Xüsusi Fəxri medalı ilə təltif edilib.

Həsən Arat, 7 il peşəkar basketbol oynayıb. Karyerasına “Adana Dəmirspor”da başladıqdan sonra 1977-1981-ci illər arasında 5 il Beşiktaş Gimnastika Klubunda (BJK) çıxış edib. 1998-2000-ci illərdə Beşiktaş Gimnastika Klubunun (BJK) vitse-prezidenti vəzifəsində çalışıb.

Arat, şaxələndirilmiş daşınmaz əmlak investisiya və inkişaf şirkəti olan Novo Invest-in tərəfdaşı və sədri, London və İstanbulda yerləşən müstəqil Korporativ Maliyyə və M&A məsləhət firması Dome Group-un təsisçisi və tərəfdaşıdır.

Həsən Arat, müxtəlif kommersiya vəzifələrində çalışır, o cümlədən Özyeğin Universitetinin Qəyyumlar Şurasının üzvü, FIBA ​​Holdinqin İdarə Heyətinin üzvü və Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Turizm Təşkilatının Əlaqəli Üzvlər Şurasının sədr müavini, Türkiyə Odalar və Birjalar İttifaqını (TOBB) təmsil edən direktor, Beynəlxalq Geyim Federasiyasının (IAF) keçmiş prezidenti və hazırkı İcraiyyə Şurası və İdarə Heyətinin üzvüdür.

Arat 1996-cı ildə Ekonomist jurnalı, Türkiyə Milli Məhsuldarlıq Mərkəzi və Dünya qəzeti tərəfindən "İlin iş adamı" mükafatına layiq görülüb.

"Beşiktaş"ın dünən keçirilən Fövqəladə Baş Assambleyasında Həsən Arat klubun 35-ci prezidenti seçilib. Klub prezidentliyi uğrunda mübarizə aparan Həsən Arat, 7 min 271, digər namizəd Serdal Adalı isə 4 min 557 səs toplayıb.

Beləliklə, Həsən Arat üçüncü dəfə girdiyi yarışda bu dəfə prezident seçilib. Arat 2000 və 2002-ci illərdə prezidentliyə namizəd olub, lakin Serdar Bilgili hər iki seçkidə qalib gəlib.​

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər

Rəşad Cabirli kimdir?

Rəşad Cabirli kimdir?

Haluk Bilginer kimdir?

Haluk Bilginer kimdir?

İbn Battuta kimdir?

İbn Battuta kimdir?

Məxdumqulu Fəraqi kimdir?

Məxdumqulu Fəraqi kimdir?

Çokan Vəlixanov kimdir?

Çokan Vəlixanov kimdir?

Murat Kurum kimdir?

Murat Kurum kimdir?

Alper Gezeravcı kimdir?

Alper Gezeravcı kimdir?