Ərdoğan hakimiyyəti Türkiyəni dünyada güc sahibinə çevirib – Sahil Kərimli

Ərdoğan hakimiyyəti Türkiyəni dünyada güc sahibinə çevirib – Sahil Kərimli

Bakı. TurkicWorld:

Türkiyə olmadan Orta Şərqdə, Aralıq dənizində, Balkanlarda, Qafqazda hansısa problemi həll etmək mümkün deyil. Çünki Türkiyə dünyada o cümlədən də regionda böyük və güclü dövlətdir. Çünki Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə son illər ciddi addımlar atılıb.

TurkicWorld xəbər verir ki, bunu Space tv-yə açıqlamasında Trend BİA-ın direktor müavini Sahil Kərimli deyib.

Onun sözlərinə görə, Ankara beynəlxalq münasibətlər sistemində çox ciddi aktordur.

"Danılmaz faktdır ki, hazırda Türkiyənin Asiyada, Afrikada çox ciddi təsir imkanları,planlaşdırdığı layihələr var. Elə bu səbədəndir ki, Türkiyə hərə zaman təhdidlə üz-üzədir. Gizli sanksiyalardan, iqtisadiyyat sahəsində atılan addımlara qədər müxtəlif məqamları sadalamaq olar. Qardaş ölkəyə birbaşa təhdid yaradan isə terror qruplaşmaları, o cümlədən PKK-dır. Qərb dairələri bu təhdidlərlə uzun illərdir Türkiyənin qarşısını kəsməyə çalışırlar", - deyə S.Kərimli əlavə edib.

S.Kərimli bildirib ki, Türkiyə isə ölkənin başına bəla olan terrorçularla mübarizə aparmaqda, onların kökünü kəsməkdə qətiyyətlidir.

"Türkiyə terrorun və təhdidlərin qarşısını almaq üçün gecə-gündüz çalışır. Türkiyə ölkənin təhlükəsizliyini təmin etmək əzmindədir. Bunun üçün Türkiyə Silahlı Qüvvələrinin arsenalında bütün lazımi silahlar var. Əvvəllər bəzi silahlar xaricdən alınırdısa, indi Türkiyə bütün yüngül silahları nəinki özü istehsal edir, hətta ixrac edir. Bir sözlə hər kəs bilməli və görməlidir ki, Türkiyə dünyaya regional güc olduğunu sübut edib", - deyə S.Kərimli əlavə edib.