Son dəqiqə

Azərbaycan Serbiya Müdafiə Nazirliyi ikitərəfli əməkdaşlıq

Azərbaycan və Serbiya artilleriyaçılarının birgə taktiki təlimi keçirilib

BAKI, TurkicWorld

Azərbaycan ilə Serbiya respublikaları Müdafiə nazirlikləri arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, iki ölkənin artilleriyaçılarının iştirakı ilə birgə taktiki təlim keçirilib.

Müdafiə Nazirliyindən TurkicWorld-ə verilən məlumata görə, Serbiyada keçirilən taktiki təlimdə artilleriya bölmələri tərəfindən özüyeriyən haubitsalardan və yaylım atəşli reaktiv sistemlərdən döyüş atışları icra edilib.

Bildirilib ki, NORA B-52 artilleriya qurğularından atəş təlimində hədəflər sərrast artilleriya atışları ilə məhv edilib, qarşıya qoyulan tapşırıqlar hərbi qulluqçular tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib.

Qarşılıqlı təcrübə mübadiləsi məqsədilə keçirilən təlimdə əsas diqqət komandir heyətinin bilik və bacarıqlarının, həmçinin şəxsi heyətin səhra və praktiki vərdişlərinin artırılmasına, döyüş əməliyyatları zamanı bölmələrin fəaliyyətlərinin planlaşdırılmasına yönəldilib.

Mövzuya görə xəbərlər