"Divani lüğət-it-türk" əsərinin 950 illiyi UNESCO çərçivəsində qeyd olunacaq

"Divani lüğət-it-türk" əsərinin 950 illiyi UNESCO çərçivəsində qeyd olunacaq

Bakı. TurkicWorld:

Görkəmli türk alimi Mahmud Kaşğarinin (1008-1102) "Divani lüğət-it-türk" əsərinin 950 illiyi UNESCO çərçivəsində qeyd olunacaq.

TurkicWorld xəbər verir ki, bu barədə UNESCO üzrə Azərbaycan Milli Komissiyasının "X" sosial şəbəkəsində məlumat paylaşılıb.

"Türk dialektlərinin məcmuəsi olan "Divani lüğət-it-türk"ün 950 illik yubileyi də UNESCO çərçivəsində 2024-2025-ci illərdə qeyd olunacaq", - paylaşımda deyilir.

Qeyd edək ki, "Divani lüğət-it-türk" türk dünyasının ilk ensiklopedik əsəridir. Əsər Bağdadda 1072-1074-cü illər arasında yazılan türkcə-ərəbcə lüğətdir.

Xatırladaq ki, Azərbaycanın görkəmli memarı Əcəmi Naxçıvaninin 900 illik yubileyi də UNESCO çərçivəsində qeyd ediləcək.