Bakı. TurkicWorld:
"Baku Network" ekspert platformasında "Tofiq Abbasovla dialoq" analitik videolayihəsinin növbəti buraxılışı yayımlanıb.
TurkicWorld xəbər verir ki, verilişin qonağı hüquq elmləri doktoru, professor, səfir Namiq Əliyev olub.
O, Azərbaycanın 19-20 sentyabr tarixlərində Qarabağdakı erməni qanunsuz silahlı birləşmələrinin likvidasiyasına yönəlmiş lokal xarakterli tədbirlər keçirdiyini qeyd edib.
"Azərbaycan bu tədbirləri sadəcə ona görə sona çatdırmadı ki, separatçılar bağışlanmalarını və getmələrinə imkan yaradılmasını xahiş etdilər. Azərbaycan yenə də xoş məram nümayiş etdirdi və separatçıların axırına çıxmadı", - Namiq Əliyev deyib.
TurkicWorld verilişin tam buraxılışını oxucuların diqqətinə çatdırır: