Fransa Ermənistanı müharibəyə sürükləməklə bölgədə xaos yaratmaq istəyir – Sahil Kərimli

Fransa Ermənistanı müharibəyə sürükləməklə bölgədə xaos yaratmaq istəyir – Sahil Kərimli

Bakı. TurkicWorld:

Fransa öz müstəmləkəçi və avantürist keçmişinə dayanaraq bu gün də öz məkrli siyasətindən əl çəkmir, Cənubi Qafqazda yeni müharibə yaratmağa cəhd edir. Fransanın siyasi rəhbərliyi Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanmasına açıq-aşkar mane olur.

Bu fikirləri Space Ttv-yə açıqlamasında Trend BİA-nın director müavini, siyasi şərhçi Sahil Kərimli bildirib.

O, əlavə edib ki, Fransa və bəzi Avropa dairələrinin məqsədi bölgəmizdə gərginik və xaos yaratmaqdır.

"Rəsmi Parsinin davranışlarından aydın görünür ki, Fransa Azərbaycanın müstəqil və suveren hüquqlarına hörmətsizlik edir. Azərbaycan dövləti hər nə qədər Ermənistanla sülh müqaviləsi imzalayıb bölgədə uzunmüddətli təhlükəszilik mühiti yaratmağa çalışsa da Makron hakimiyyəti bunu istəmir. Ermənistan sürətlə silahlandırılır, müharibəyə təhrik edilir. Bu isə çox ciddi təhlükələrə yol açır. Fransa onsuz da öz müstəmləkəçi və qanlı keçmişi ilə dünyada ad çıxaran ölkədir.

Təəssüf ki, bu siyasət bu gün də davam edir. Fransa dövlətinin mahiyyəti işğalçılıq siyasəti üzərində qurulduğu üçün bu ölkə uzun illərdir Ermənistanı dəstəkləyir, Azərbaycana düşmənçilik bəsləyir. Amma reallıq bundan ibarətdir ki, heç bir təzyiq və təhdid Azərbaycanı öz qətiyyətli və haqqlı siyasətindən döndərə bilməz", - deyə o, əlavə edib.

Videoreportajı təqdim edirik.