Son dəqiqə

Qarabağ Azərbaycan Müdafiə Nazirliyi silah-sursat

Qarabağ bölgəsindəki növbəti mülki obyektdə silah-sursat aşkar edilib

Bakı. TurkicWorld:

Qarabağ bölgəsində yerləşən mərmər zavodunun zirzəmisində gizlədilmiş xeyli sayda silah-sursat aşkar edilib.

Bu barədə TurkicWorld-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumata görə, qanunsuz fəaliyyət göstərmiş bu mülki təyinatlı obyekt uzun müddət hərbi məqsədlər üçün istifadə olunub.

Burada müxtəlif çaplı atıcı silahlar, qumbaraatanlar, süngü bıçaqları, "Faqot" tank əleyhinə raket kompleksinin idarə olunan raketləri və digər döyüş vasitələri aşkar edilərək götürülüb.

Mövzuya görə xəbərlər