Son dəqiqə

Müdafiə Nazirliyi

Qarabağ bölgəsində silah-sursatın müsadirəsi prosesi davam edir

Bakı. TurkicWorld:

Qarabağ bölgəsindəki müxtəlif ərazilərdə növbəti döyüş texnikası, hərbi avadanlıqlar, həmçinin anbar kimi istifadə edilən mülki tikililərdən silah-sursat müsadirə edilib.

Müdafiə Nazirliyindən TurkicWorld-a verilən məlumata görə, xeyli sayda raket, artilleriya mərmiləri və minalar olan anbarda, həmçinin müxtəlif çaplı döyüş sursatları da aşkar edilib.

Qeyd edək ki, bölgədə silah, sursat və döyüş texnikasının müsadirəsi davam etdirilir.

Mövzuya görə xəbərlər