Ermənilərin növbəti "fake"i

Ermənilərin növbəti "fake"i

Bakı. TurkicWorld:

Erməni telegram kanallarında Azərbaycan Ordusunun 23 saatlıq antiterror tədbirləri zamanı məhv etdiyi mövqeyin dağıdılmasının görüntüləri yayılır.

TurkicWorld xəbər verir ki, həmin mövqe Ermənistan ordusunun silahlı birləşmələrinin qalıqlarına aid olub və yüksək dəqiqliklə həmin mövqe məhv edilib.

Sözügedən mövqenin Rusiya sühlməramlıların yerləşdiyi yerə yaxın olmasından istifadə edən ermənilər növbəti "fake" xəbər yaymağa çalışırlar.

Onlar ictimaiyyəti aldadaraq guya "Azərbaycan Ordusu sülhməramlıların anbarını vurub" kimi saxta xəbərlər tirajlayırlar.

Əslində olan isə Rusiya sühlməramlılarının yerləşdiyi yerə yaxın ərazidə hiyləgərliklə quraşdırılmış separatçı mövqe dəqiq zərbələrlə məhv edilib.

Görüntülərdən də aydın olur ki, Rusiya sülhməramlıların yerləşdiyi əraziyə heç bir ziyan dəyməyib.