BQXK-nın 9 avtomobili Laçın sərhəd-keçid məntəqəsindən keçib

BQXK-nın 9 avtomobili Laçın sərhəd-keçid məntəqəsindən keçib

Bakı. TurkicWorld:

Bu gün, sentyabrın 19-da Laçın DSBM-dən Xankəndi-Gorus istiqamətində BQXK-nə məxsus 9 nəqliyyat vasitəsinin, 28 nəfər şəxsin keçidi baş tutub.

TurkicWorld-in məlumatına görə, bu şəxslərdən 5 nəfər BQXK üzvü, 9 nəfər sürücü, 7 nəfər xəstə, 6 nəfər müşaiyətçi, 1 nəfər tibb işçisi olub.

Bu bir daha göstərir ki, Ermənistanın uydurduğu kimi heç bir "blokada" yoxdur. Azərbaycan yüklərin çatdırılması üçün Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının eyni vaxtda istifadəsi təklifini irəli sürüb və təcrübəçi tərəfdaşlarla danışıqlarda bu təklifin həyata keçirilməsinə razılıq verib.