Xaçmazda körpünün uçması nəticəsində xəsarət alanların xilas edilmə görüntüləri

Xaçmazda körpünün uçması nəticəsində xəsarət alanların xilas edilmə görüntüləri

Bakı. TurkicWorld:

Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndi ərazisində Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci kilometrliyində körpü uçub.

TurkicWorld xəbər verir ki, hadisə nəticəsində xəsarət alanların xilas edilmə görüntüləri sosial şəbəkələrdə yayılıb.

Qeyd edək ki, intensiv yağıntılar nəticəsində yaranmış güclü sel suları səbəbindən Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndi ərazisində Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci kilometrliyində körpü uçub. Nəticədə Xaçmaz-Xudat yolu bağlanıb.

Hadisə nəticəsində TƏBİB-in tabeliyindəki Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 3 nəfər (kişi) yerləşdirilib.