Son dəqiqə

Azərbaycan Qarabağ Ermənistan Ağdam-Xankəndi yolu Rusiya Qızıl Xaç Cəmiyyəti

Ağdam-Xankəndi yolu açıldı - Ermənilərin başqa alternativi yoxdur

Bakı. TurkicWorld:

Xəbər verdiyimiz kimi, bu gün Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən göndərilən yükün Xankəndinə keçidi baş tutub. Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə, ümumilikdə 1 TIR ərzaq yükü artıq Ağdam rayonundan keçərək Xankəndinə doğru hərəkət edib. 1 TIR ərzaq yükü 2 gündür Bərdə şəhərində gözlədilirdi. Separatçı erməni dəstələri yardımın Ağdam-Xankəndi yolu ilə Xankəndinə getməsinə maneə törədirdi.

Bu fakt eyni zamanda Azərbaycanın əvvəlcədən bildirdiyi formada Ağdam-Xankəndi yolunun da açılması demək oldu.

Məsələni TurkicWorld-ə şərh edən hərbi ekspert, polkovnik Alparslan İmamqulu bildirib ki, İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə Azərbaycan azad olunmuş ərazilərdəki gördüyü işlərlə bütün dünya üçün bir nümunə ortaya qoyub.

"Ağdam-Xankəndi yolunun açılması da Azərbaycanın müəyyənləşdirdiyi siyasi strategiyanın nəticəsdir, ermənilərin bundan başqa bir alternativi yoxdur. Bundan sonrakı mərhələdə Azərbaycan-Ermənistan sərhədlərinin müəyyənləşdirilməsi və digər məsələlər dayanır".

Polkovnik eyni zamandakı regionda gözlənilən sonrakı proseslər və Ermənistan tərəfinin həyata keçirməyə çalışdığı təxirbatlardan da söz açıb.

Geniş videomüsahibəni təqdim edirik:

Mövzuya görə xəbərlər