Bakı. TurkicWorld:
Laçın sərhəd-buraxılış məntəqəsində erməni əsilli şəxslərin sərbəst keçidi növbəti dəfə təmin edilib.
TurkicWorld-un məlumatına görə, Laçın sərhəd-buraxılış məntəqəsindən keçən erməni əsilli şəxslərin əksəriyyəti Rusiya vətəndaşlığını qəbul etmiş, Rusiya pasportu daşıyan ermənilər olub.
Erməni əsilli vətəndaşlar Xankəndindən gəlib Gorus istiqamətinə keçib. Laçın sərhəd-buraxılış məntəqəsindən ümumilikdə 60 şəxs Azərbaycandan Ermənistana keçib. Ərazidə çəkiliş aparan azərbaycanlı jurnalistlər gömrük yoxlanışından sonra yolu səhv salan erməni qıza kömək ediblər.
Canlı yayımda İTV-nin müxbiri Aytən Şükürovanın erməni qıza yolu göstərməsi sosial şəbəkələrdə böyük maraqla qarşılanıb və təqdir edilib:
Aytac Süleymanova
Twitter: a_alieva_







