Erməni separatçıların Rusiya sülməramlılarının müşayiəti ilə qanunsuz daşımalarının yeni görüntüləri

Erməni separatçıların Rusiya sülməramlılarının müşayiəti ilə qanunsuz daşımalarının yeni görüntüləri

Bakı. TurkicWorld:

Erməni separatçıların Qarabağ ərazisində Rusiya sülməramlılarının himayəsi altında qanunsuz əməlləri davam edir.

TurkicWorld-in məlumatına görə, avqustun 11-də daha bir belə fakt qeydə alınıb.

Belə ki, Rusiya sülhməramlılarının müşayiəti altında ermənilərin qanunsuz daşımaları həyata keçirilib.

Videodan göründüyü kimi, sülhməramlıların zirehli texnikasının müşayiəti ilə Xankəndi-Kərkicahan-Xəlfəli yolu vasitəsilə növbəti dəfə erməni qeyri-qanuni silahlı birləşmələrinin döyüş mövqelərinə təminat vasitələri daşıyırlar.

Xatırladaq ki, daha öncə də Rusiya sülhməramlılarının müşayiəti altında ermənilərin qanunsuz daşımalarına dair videolar yayılmışdı.