Son dəqiqə

Azərbaycan Qarabağ Baku Network Tofiq Abbasov

Azərbaycan Qarabağ ermənilərinin təhlükəsizliyini qeyd-şərtsiz təmin edəcək - Nadejda İsmayılova

Bakı. TurkicWorld:

"Baku Network" platformasında "Tofiq Abbasovla dialoq" analitik video layihəsinin növbəti buraxılışı yayımlanıb.

TurkicWorld xəbər verir ki, verilişin qonağı Əməkdar jurnalist, publisist və ssenarist Nadejda İsmayılova olub.

O, Qarabağın erməni sakinlərindən bəhs edərək bildirib ki, Azərbaycan cəmiyyətinə inteqrasiya edən ermənilər özləri və gələcək nəsilləri barədə düşünməlidirlər.

"Azərbaycan qeyd-şərtsiz Ermənistan sakinlərinin təhlükəsizliyini təmin edəcək və onlar Azərbaycan vətəndaşları olacaqlar. Əgər istəməsələr, gedə bilərlər", - deyə Nadejda əlavə edib.

TurkicWorld oxucuların ixtiyarına verilişin tam buraxılışını təqdim edir.

Mövzuya görə xəbərlər