Ermənistan parlamentində dava düşüb

Ermənistan parlamentində dava düşüb

Bakı. TurkicWorld:

Ermənistan parlamentində növbəti dəfə ara qarışıb, məzhəb itib.

TurkicWorld xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

Qeyd olunub ki, parlamentin spikeri Alen Simonyan "Hayastan" partiyasından olan deputat Artur Sarkisyanın zaldan çıxarılmasını təhlükəsizlik xidmətindən xahiş edib.

Məlumatda deyilir ki, buna səbəb Sarkisyanın çıxışı zamanı hakim partiyadan olan deputat Ovik Ağazaryanla söz davasına qalxması göstərilib.