Son dəqiqə

Azərbaycan Özbəkistan Mərkəzi Seçki Komisiyası Məzahir Pənahov

Azərbaycan nümyəndə heyəti Özbəkistandakı referendumda 30-dan çox məntəqədə müşahidə aparıb - Məzahir Pənahov

Bakı. TurkicWorld:

Azərbaycan nümyəndə heyəti Özbəkistandakı referendumda 30-dan çox məntəqədə müşahidə aparıb.

Bu barədə TurkicWorld-a açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Özbəkistanda keçirilən referendumla bağlı sualı cavablayarkən deyib.

"Azərbaycan referendumda həm parlament nümyəndələri, həm də Mərkəzi Seçki Kommisiyasının rəhbərliyi və üzvləri səviyyəsində təmsil olunurdu. Ümumilikdə 50-dən artıq məntəqədə müşahidələr aparıldı. Səsvermənin həyata keçirilməsi üçün məntəqələr müəyyən tələblərə cavab verməlidir. MSK nümayəndələri olaraq 30-dan çox məntəqədə müşahidələr apardıq. Ciddi narazılıq doğuran hadisələr qeydə alınmadı. Ümumilikdə səsvermə məntəqələri üçün kifayət qədər geniş binalar seçilib. Əhalinin 90 faizindən çoxu səsvermədə iştirak etdi. Seçicilərin fəallığı hiss edilirdi. Hesab edirəm ki, bu, Özbəkistanın tarixində qalacaq bir hadisə oldu", - deyə o əlavə edib.

Qeyd edək ki, ötən gün Özbəkistanda ölkənin yeni konstitusiyasına dair qanun layihəsi üzrə ümumxalq referendumu keçirilib.

Mövzuya görə xəbərlər