Son dəqiqə

Çin Xalq Respublikası Özbəkistan Şavkat Mirziyoyev

Özbəkistan prezidenti Çinin xarici işlər nazirini qəbul edib

Bakı. TurkicWorld:

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev aprelin 12-də Əfqanıstanla qonşu dövlətlərin xarici işlər nazirlərinin görüşündə iştirak etmək üçün Özbəkistana gələn Çin Xalq Respublikası Dövlət Şurasının üzvü, xarici işlər naziri Qin Qanqı qəbul edib.

TurkicWorld-un məlumatına görə, görüşdə Özbəkistan və Çin arasında hərtərəfli strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi və çoxtərəfli əməkdaşlığın inkişafı ilə bağlı cari məsələlər müzakirə olunub.

Xarici işlər naziri Qin Qanq Özbəkistan Prezidentinə Çin Xalq Respublikasının Sədri Si Cinpinin səmimi salamlarını və xoş arzularını çatdırıb.

Məlumat üçüb qeyd edək ki, beynəlxalq və regional gündəlikdə duran məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. Hazırda texniki sənədləri hazırlanmaqda olan “Özbəkistan-Qırğızıstan-Çin” dəmir yolu tikintisi layihəsinin sürətlə həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Qeyd olunub ki, Əfqanıstandakı vəziyyətin sülh yolu ilə həlli və bu ölkənin sosial-iqtisadi inkişafına əməli yardımın göstərilməsi üçün sıx koordinasiya davam etdirilməlidir.

Twitter: @rufizoglu

Mövzuya görə xəbərlər