Son dəqiqə

Özbəkistan

Azərbaycan "C5+" formatını gücləndirir və yeni imkanlar yaradır - Özbəkistan XİN

Bakı. TurkicWorld:

Azərbaycanın "C5+" formatında iştirakı regional sinerjini əlavə olaraq gücləndirir, investisiya, ticarət, enerji və nəqliyyat sahələrində əməkdaşlıq üçün yeni imkanlar yaradır.

TurkicWorld xəbər verir ki, bunu Özbəkistanın xarici işlər nazirinin müavini Müzəffər Madrahimov Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən panel müzakirəsində deyib.

Onun sözlərinə görə, dövlət başçılarının müntəzəm məsləhətləşmə görüşləri regional qarşılıqlı fəaliyyət üçün möhkəm əsas və həyati əhəmiyyətli məsələlər üzrə razılaşdırılmış qərarların qəbul edilməsi üçün effektiv mexanizmə çevrilib.

"Nəticədə praqmatizm və qarşılıqlı fayda prinsiplərinə əsaslanan yeni regionalizm modeli formalaşır. Bu, "C5+" formatını gücləndirib və onun qlobal dialoq və diplomatiya arxitekturasındakı rolunu möhkəmləndirib. Azərbaycanın iştirakı isə regional sinerjini daha da artıraraq investisiya, ticarət, enerji və nəqliyyat sahələrində əməkdaşlıq üçün yeni imkanlar yaradır", - deyə o qeyd edib.

Madrahimov vurğulayıb ki, Özbəkistan ilk növbədə Mərkəzi Asiya və türk dünyası ölkələri, o cümlədən Türkiyə və Azərbaycanla, eləcə də Çin, Rusiya, Avropa İttifaqı, ABŞ və digər dövlətlər daxil olmaqla geniş beynəlxalq tərəfdaşlar dairəsi ilə geniş və qarşılıqlı faydalı əməkdaşlığa açıqdır.

Mövzuya görə xəbərlər