Azərbaycan Özbəkistan Azərbaycan Elm və Təhsil Nazirliyi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP)

Özbəkistan və Azərbaycan təhsil sahəsində əməkdaşlığı genişləndirir

Bakı, TurkicWorld :

Özbəkistan və Azərbaycan təhsil sahəsində əməkdaşlığı genişləndirir.

TurkicWorld -un AzerPress-ə istinadən verdiyi məlumata görə, Azərbaycan Elm və Təhsil Nazirliyi Milli Olimpiya Komitəsi tərəfindən həyata keçirilən Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) layihəsi çərçivəsində Özbəkistanın paytaxtı Daşkəndə səfər edib.

Məlumata əsasən, görüş çərçivəsində ümumi təhsil sahəsində əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, şagird və müəllim mübadilə proqramlarının həyata keçirilməsi, iki ölkənin tarixi və ortaq dəyərləri ilə əlaqədar məktəblilər arasında təqdimatların təşkili məsələləri müzakirə olunub.

Azərbaycan nümayəndə heyəti Daşkənddəki Prezident Məktəbi və Əl-Biruni Beynəlxalq Məktəbində olub, burada təlim üçün yaradılmış imkanlar və qabaqcıl təcrübə ilə tanış olublar.

Bundan əlavə, nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə açılmış Azərbaycan-Özbəkistan Dostluq Muzeyini ziyarət ediblər.

Mövzuya görə xəbərlər