Özbəkistan XXX Minsk Beynəlxalq Kitab Sərgisində iştirak edir

Özbəkistan XXX Minsk Beynəlxalq Kitab Sərgisində iştirak edir

Bakı. TurkicWorld:

Martın 22-26-da Minskdə “Sərhədsiz Kitab Dünyası” XXX Minsk Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirilir.

TurkicWorld-un məlumatına görə, tədbirdə dünyanın 20 ölkəsindən nəşriyyatların nümayəndələri, o cümlədən Özbəkistanın nəşriyyat və kitab satışı təşkilatlarının rəsmiləri iştirak edirlər.

Məlumat üçün qeyd edək ki, sərgidə Özbəkistanın ona yaxın nəşriyyatından müxtəlif janrlarda 100-dən çox kitab təqdim olunur