İslam İnkişaf Bankı davamlı inkişaf məqsədilə Özbəkistana 200 milyon dollar yatırım edəcək

İslam İnkişaf Bankı davamlı inkişaf məqsədilə Özbəkistana 200 milyon dollar yatırım edəcək

Bakı, TurkicWorld:

Səudiyyə Ərəbistanının İslam İnkişaf bankı kənd yerlərində davamlı inkişaf məqsədilə Özbəkistana 200 milyon dollar ayırıb.

TurkicWorld AzerPress-ə istinadən xəbər verir ki, layihə çərçivəsində ümumilikdə 113 plan olmaqla, Özbəkistanın Qaraqalpaqıstan Respublikasının beş vilayətində 160 sosial infrastruktur obyektinin yaxşılaşdırılmasına yönəlmiş 31 plan hazırlanıb.

Məlumata əsasən, ölkədə kənd əhalisinin iştirakı ilə ekoloji cəhətdən təmiz texnologiyalar vasitəsilə yeni uşaq bağçaları, ümumtəhsil məktəbləri, kənd tibb məntəqələri tikiləcək və bərpa ediləcək.