Özbəkistan prezidenti 426 vətəndaşı əfv edib

Özbəkistan prezidenti 426 vətəndaşı əfv edib

Bakı. TurkicWorld:

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev müqəddəs Ramazan bayramı ərəfəsində “Azadlıqdan məhrum etmə növündə cəza çəkən, törətdiyi əməllərdən peşman olan bir qrup şəxsin əfv edilməsi haqqında” Sərəncam imzalayıb.

TurkicWorld xəbər verir ki, sərəncamla 426 nəfər əfv edilib.

Məlumata əsasən, əfv olunanlardan 135 nəfər əsas cəzanı çəkməkdən tam, 200 nəfər şərti olaraq cəza çəkməkdən azad edilib, 26 nəfərə təyin edilmiş cəza daha yüngül cəza ilə əvəz edilib.

Bundan əlavə, 65 nəfərin cəza müddəti azaldılıb.

X: Lamanasadli01