Özbəkistan polietilen ixracını artırıb

Özbəkistan polietilen ixracını artırıb

Bakı. TurkicWorld:

Özbəkistanın 2024-cü ilin yanvar-fevral aylarında polietilen ixracı 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 13% artıb.

TurkicWorld xəbər verir ki, bu barədə Özbəkistanın Statistika Agentliyi bildirib.

Məlumata görə, 2024-cü ilin yanvar-fevral aylarında Özbəkistan xaricə 34 milyon dollar dəyərində 42,8 min ton polietilen ixrac edib.

Polietilen ixracı 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,9 min ton artıb.

2024-cü ilin ilk iki ayında Özbəkistanın ən çox polietileni ixrac etdiyi ölkələr:

1. Türkiyə – 23 min ton;

2. Latviya – 5,6 min ton;

3. Çin – 4,4 min ton;

4. Rusiya – 4,3 min ton;

5. Qazaxıstan – 4,1 min ton.

Qeyd edək ki, iki ayda Özbəkistan doqquz ölkəyə polietilen ixrac edib.

Hafiz Rufizoğlu