Özbəkistanın və Səudiyyə Ərəbistanının iqtisadi imkanlarının genişləndirilməsi üçün birgə fond yaradılacaq

Özbəkistanın və Səudiyyə Ərəbistanının iqtisadi imkanlarının genişləndirilməsi üçün birgə fond yaradılacaq

Bakı. TurkicWorld:

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev noyabrın 27-də Səudiyyə Ərəbistanı Krallığının investisiyalar naziri Xalid əl-Falihin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

TurkicWorld-un məlumatına görə, görüş zamanı Özbəkistan və Səudiyyə Ərəbistanı arasında çoxşaxəli əməkdaşlığın və genişmiqyaslı tərəfdaşlığın, o cümlədən yüksək səviyyəli sazişlərin qeyd-şərtsiz həyata keçirilməsinin daha da genişləndirilməsi məsələləri müzakirə edilib.

Qarşılıqlı ticarət göstəriciləri, eyni zamanda Səudiyyə Ərəbistanının Özbəkistan iqtisadiyyatına, ilk növbədə, “yaşıl” enerji sahəsinə birbaşa investisiyalarının həcmi və hava uçuşlarının sayı artır.

Görüş zamanı qərara alınıb ki, Özbəkistanın və Səudiyyə Ərəbistanının iqtisadi imkanlarının genişləndirilməsi üçün birgə fond yaradılsın.

Aytac Süleymanova

Twitter: a_alieva_