Son dəqiqə

Özbəkistan

Özbəkistanda hərbi helikopter qəzaya uğrayıb

Bakı. TurkicWorld:

Özbəkistanda hərbi helikopter qəzaya uğrayıb.

TurkicWorld-un məlumatına görə, bu barədə Özbəkistan Müdafiə Nazirliyi bildirib.

Məlumata əsasən, Özbəkistan Silahlı Qüvvələrinə məxsus "Mi-8" helikopteri təlim uçuşu zamanı qəzaya uğrayıb.

Qəza nəticəsində helikopter heyətinin həlak olduğu bildirilib. Hazırda xüsusi komissiya hadisənin səbəblərini araşdırır.

Mövzuya görə xəbərlər