Son dəqiqə

Özbəkistan Şavkat Mirziyoyev Türk Dövlətləri Təşkilatı

Özbəkistan Prezidenti Türk Dövlətləri Təşkilatının ali mükafatına layiq görülüb

Bakı. TurkicWorld:

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Türk Dövlətləri Təşkilatının ali mükafatına layiq görülüb.

TurkicWorld-un məlumatına görə, Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının iclası çərçivəsində Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev türk dünyasının dövlətlərarası münasibətlərinin möhkəmləndirilməsində böyük xidmətlərinə və türk xalqları ailəsinin birliyi, türk ölkələrinin maraq və baxışlarının beynəlxalq aləmdə fəal şəkildə təbliğinə görə “Türk dünyasının ən yüksək ordeni” ilə təltif edilib.

Mükafatı, təşkilata daxil olan ölkələrin rəhbərləri adından Qazaxıstan prezidenti təqdim edib.

“Mən bu mükafatı əsl qardaşlıq əlaqələri zəminində yenidən böyüyən yaxın dostluğumuzun və əməkdaşlığımızın rəmzi kimi qiymətləndirirəm”, - deyə Şavkat Mirziyoyev mərasimdə həmkarlarına minnətdarlığını bildirib.

Qeyd edək ki, bu gün Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 10-cu Zirvə Toplantısı keçirilir.

Aytac Süleymanova

Mövzuya görə xəbərlər