Bakı. TurkicWorld:
Rusiya qazının Qazaxıstan üzərindən Özbəkistana tranziti rəsmən başlayıb.
TurkicWorld xəbər verir ki, Mərkəzi Asiya-Mərkəz qaz kəməri ilə tranzit oktyabrın 7-də Moskvada keçirilən mərasimdə rəsmi olaraq başlayıb.
Məlumata əsasən, açılış mərasimində Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev çıxış ediblər.
Tədbirdə çıxış edən Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bildirib ki, Qazaxıstan öz ərazisindən keçən magistral qaz kəmərinin hazırlığını vaxtında tam başa çatdırıb.
"Rusiya qazının ixrac tədarükünün şaxələndirilməsi, Qazaxıstanın qaz nəqli infrastrukturunun genişləndirilməsi və modernləşdirilməsi məqsədi daşıyan layihənin Özbəkistanın hər il üç milyard kubmetrə qədər təbii qaza artan tələbatını ödəyəcəyi gözlənilir. Layihə üç ölkənin sənaye inkişafına təkan verməklə yanaşı, biznes mühitini yaxşılaşdıracaq və həyat səviyyəsini yüksəldəcək. Layihənin həmçinin Mərkəzi Asiyada regional sabitliyi və enerji təhlükəsizliyini gücləndirəcəyi gözlənilir", - deyə Tokayev əlavə edib.
Ləman Əsədli
Twitter: Lamanasadli01