Bakı. TurkicWorld:
Türkdilli ölkələr birgə futbol turnirləri keçirməyi planlayır.
TurkicWorld xəbər verir ki, bu barədə razılaşma türkdilli ölkələrin futbol assosiasiyalarının rəhbərlərinin Daşkənddə görüşü zamanı əldə edilib.
Məlumata əsasən, görüşdə Azərbaycan, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Türkmənistan və Özbəkistanın futbol assosiasiyaları rəhbərləri ilə yanaşı, Asiya Futbol Konfederasiyası (AFC) və Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) nümayəndələri iştirak ediblər.
Bundan əlavə, futbol üzrə mütəxəssislərin, məşqçilərin, hakimlərin hazırlanması və təcrübə mübadiləsinin aparılması, futbol assosiasiyaları arasında hərtərəfli əməkdaşlığın qurulması məsələlərinə diqqət yetirilib.
Qeyd edək ki, görüş FİFA-nın dəstəyi və iştirakı ilə keçirilib.
Ləman Əsədli
Twitter: Lamanasadli01