Özbəkistan Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına ilk vəsiqəni əldə edib

Özbəkistan Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına ilk vəsiqəni əldə edib

Bakı. TurkicWorld:

İspaniyanın Valensiya şəhərində keçirilən bədii gimnastika üzrə dünya çempionatında Özbəkistan idmançısı Təhminə İkromova çoxnövçülük üzrə proqramda 4 hərəkətdə 124,200 xal toplayaraq 9-cu yeri tutub.

TurkicWorld bu barədə Özbəkistanın Milli Olimpiya Komitəsinə istinadən xəbər verir.

Beləliklə, İkromova 2024-cü ildə Parisdə keçiriləcək Olimpiadada iştirak edəcək 14 namizəddən biri olub.

Həmçinin özbək gimnast gürzlərlə və lentlə hərəkətlərdə finala yüksəlib.

Qeyd edək ki, dünyanın ən güclü gimnastlarının iştirak edəcəyi dünya çempionatı avqustun 27-dək davam edəcək.