Son dəqiqə

BMT Özbəkistan Şavkat Mirziyoyev

Şavkat Mirziyoyev BMT nümayəndə heyətini qəbul edib

Bakı. TurkicWorld:

Özbəkistan prezidenti Şavkat Mirziyoyev Miroslav Yençanın rəhbərlik etdiyi BMT nümayəndə heyətini qəbul edib.

Bu barədə TurkicWorld Özbəkistan Prezidentinin Mətbuat Xidmətinə istinadən məlumat verir.

Görüş zamanı, Uzunmüddətli Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi çərçivəsində BMT ilə çoxşaxəli əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə edilib.

Miroslav Yença bildirib ki, BMT strukturları Yeni Özbəkistanın qurulması üçün islahatlar proqramını bundan sonra da hər cür dəstəkləməyə hazırdırlar.

İclasda davamlı inkişafda milli vəzifə və məqsədlərin həyata keçirilməsində praktiki qarşılıqlı fəaliyyət perspektivləri də nəzərdən keçirilib.

Məlumat üçün qeyd edək ki, Özbəkistan ilə BMT arasında 140-a yaxın proqram və layihə birgə həyata keçirilib.

Özbəkistanın təşəbbüsü ilə BMT Baş Assambleyasının 6 qətnaməsi qəbul edilib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər