Özbəkistanda Heydər Əliyevin xatirəsinə poçt markası buraxılıb

Özbəkistanda Heydər Əliyevin xatirəsinə poçt markası buraxılıb

Bakı, TurkicWorld

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və sifarişi ilə respublikanın Dövlət Poçt İdarəsi Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ozarbayjon xalqining Umummilliy Lideri Haydar Aliyevning 100 yilligi” adlanan poçt markası buraxılıb.

TurkicWorld xəbər verir ki, Bu markanın nümunələri muzeylərə, eləcə də hər iki tərəfdən dövlət və hökumət nümayəndələrinə hədiyyə edilib. Bundan əlavə, ölkədaxili və beynəlxalq tədavül üçün markalar buraxılacaq.

Qeyd edək ki, 2023-cü il Azərbaycanda Heydər Əliyev İli elan edilib.

Özbəkistanda Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı tədbirlər davam etdirilir, onun zəngin irsinin təbliği istiqamətində bir sıra layihələr həyata keçirilir.

Mehriban Xəlilli

@MXalilbekova