...

Türkmənistan və Böyük Britaniya arasında siyasi müzakirələr keçirilir

Türkmənistan Digər xəbərlər 23 Fevral 2023 10:51
TurkicWorld Daspina Hasanova
Türkmənistan və Böyük Britaniya arasında siyasi müzakirələr keçirilir

Bakı. TurkicWorld:

Türkmənistan xarici işlər nazirinin müavini Vepa Hacıyev və Böyük Britaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya Departamentinin rəis müavini Castin Makkenzi Smit arasında siyasi müzakirələr keçirilib.

TurkicWorld-un AzerPress-ə istinadən verdiyi məlumata görə, tərəflər arasında ikitərəfli münasibətlər, regional siyasət, ticari-iqtisadi əməkdaşlıq və s. kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, müzakirələr zamanı beynəlxalq arenada, xüsusən də BMT çərçivəsində qarşılıqlı fəaliyyətin daha da intensivləşdirilməsinin zəruriliyi vurğulanıb.

“Biz parlament diplomatiyasına böyük əhəmiyyət veririk və bu baxımdan parlamentlərarası əlaqələrin aktivləşdirilməsini təklif edirik”- deyə Vepa Hacıyev bildirib.

Məqalədə:
Xəbərlər

Xəbər lenti