Ərdoğan Qəzza xalqının ən güclü müdafiəçisidir - Çelik

Ərdoğan Qəzza xalqının ən güclü müdafiəçisidir - Çelik

Bakı. TurkicWorld:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstinin və Qəzza xalqının ən güclü müdafiəçisi və dəstəkçisidir.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu barədə AK Partiya sədr müavini və partiya sözçüsü Ömer Çelik deyib.

"Rəcəb Tayyib Ərdoğan yeganə liderdir ki, bu məsələni yüksək səviyyədə qeydə alıb, torpaqları və hüquqları uğrunda müqavimət göstərən fələstinliləri terrorçu adlandıranlara qarşı çıxıb. Prezidentimiz bu yanaşmasına və real dəstəyinə görə hər dəfə Fələstin xalqı və Fələstin liderləri tərəfindən yüksək qiymətləndirilib. Siyasi kariyerası boyu üzləşdiyi bütün hücumlara baxmayaraq, R.T.Ərdoğan Fələstin davasını müdafiə etməkdən heç vaxt çəkinməyib", - deyə o vurğulayıb.

Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 33 mindən çox fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.

Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.

İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.

İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.

Bu arada Qəzzada döyüşlər davam edir. İsrailin Qəzzanın cənubunda BMT-nin fələstinli qaçqınlarla işləyən agentliyi olan UNRWA-nın qida paylama məntəqəsinə endirdiyi zərbə nəticəsində agentliyin bir əməkdaşı həlak olub, 22 nəfər yaralanıb.

UNRWA-nın məlumatına görə, son beş ayda gedən döyüşlər zamanı agentliyin həlak olan işçilərinin sayı 165-ə çatdırıb.

Qəzzanın səhiyyə orqanları UNRWA anbarının həyətinə endirilən zərbə nəticəsində ümumilikdə 5 nəfərin öldüyünü bildirib. verməsini tələb etdiyini vurğulayıb.

X: Lamanasadli01