Türkmənistanda Türkiyə mədəniyyəti günləri keçiriləcək

Türkmənistanda Türkiyə mədəniyyəti günləri keçiriləcək

Bakı. TurkicWorld:

Türkmənistanda Türkiyə mədəniyyəti günləri keçiriləcək.

TurkicWorld-un məlumatına görə, noyabrın 18-20-də Türkmənistanda Türkiyə Cümhuriyyəti mədəniyyət günləri keçiriləcək.

Türkmənistanda keçirilən Türkiyə Mədəniyyət günləri çərçivəsində, dost ölkənin sənətçiləri səhnəyə çıxacaqlar. Tədbirlər zamanı ölkənin tətbiqi sənət nümunələrinin sərgisi də keçiriləcək.

Qarşılıqlı təşkil olunan mədəniyyət günü proqramları iki ölkə xalqlarının dostluq və qardaşlığını, siyasi və iqtisadi əlaqələri möhkəmləndirir.

Qeyd edək ki, Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov 25-26 oktyabr tarixlərində Türkiyədə rəsmi səfərdə olub.

Aytac Süleymanova

Twitter: a_alieva_