Türkmənistan və Rumıniyanın neft və qaz universitetləri əməkdaşlığı gücləndirir

Türkmənistan və Rumıniyanın neft və qaz universitetləri əməkdaşlığı gücləndirir

Bakı. TurkicWorld:

Türkmənistan və Rumıniyanın neft və qaz universitetləri əməkdaşlığı gücləndirir.

TurkicWorld-un məlumatına görə, Rumıniya Neft və qaz universitetinin rektoru, Türkmənistanla təhsil və elmi-tədqiqat sahələrində qurulan əməkdaşlığın daha da gücləndirilməsində maraqlı olduqlarını bildirib.

Bu kontekstdə rektor, türkmən gənclərinin təhsil üçün xarici ölkələrə göndərilməsi zamanı universitetləri qiymətləndirərkən Rumıniya universitetlərini seçdiyinə görə tərəfinə təşəkkür edib.

Bundan əlavə, tərəflər ikitərəfli əlaqələrin intensivləşdirilməsi imkanlarını, o cümlədən birgə tədbirlərin, konfransların təşkili və maraq doğuran mövzular üzrə onlayn mühazirələrin mübadiləsini araşdırmaq barədə razılığa gəliblər.

Görüş başa çatdıqdan sonra tərəflər qarşılıqlı səfərlər üçün dəvətnamələr qəbul ediblər.

Qeyd edək ki, Türkmənistan Beynəlxalq Neft və Qaz Universiteti ilə Rumıniyanın Neft və Qaz Universiteti arasında əməkdaşlıq müqaviləsi 29 noyabr 2017-ci il tarixində Türkmənistanda imzalanıb.