Bakı. TurkicWorld:
Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov BMT Baş Assambleyasının 78-ci Sessiyasında iştirak etmək üçün Nyu-Yorka rəsmi səfər edib.
TurkicWorld-un məlumatına görə, səfər zamanı prezident BMT Baş Assambleyasının ümumi sessiyasında çıxış edəcək və Türkmənistanın yeni təkliflərini çatdıracaq.
Bundan əlavə, Türkmənistan prezidenti Mərkəzi Asiya dövlət başçıları ilə ABŞ prezidenti Co Bayden arasında keçiriləcək ilk Sammitdə iştirak edəcək.
Sərdar Berdiməhəmmədov BMT Baş Assambleyası çərçivəsində, xüsusilə, BMT-nin Baş katibi Antonio Quterreşlə bir sıra ikitərəfli görüşlər keçirəcək.
Qeyd edək ki, BMT Baş Assambleyasının 78-ci sessiyası 19-25 sentyabr tarixlərində Nyu-Yorkda keçiriləcək.
Aytac Süleymanova
Twitter: a_alieva_