Son dəqiqə

Türkmənistan Tacikistan Sərdar Berdiməhəmmədov

Türkmənistan prezidenti Tacikistanda keçiriləcək Mərkəzi Asiya dövlət başçılarının görüşündə iştirak edəcək

Bakı. TurkicWorld:

Türkmənistan prezidenti Tacikistanda keçiriləcək Mərkəzi Asiya dövlət başçılarının məşvərət görüşündə iştirak edəcək.

TurkicWorld-un məlumatına görə, Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov 2023-cü il sentyabrın 14-15-də keçirilməsi planlaşdırılan Mərkəzi Asiya dövlət başçılarının beşinci məşvərət görüşündə iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbədə işgüzar səfərdə olacaq.

Səfərə hazırlıqla bağlı məlumat Türkmənistanın baş nazirinin müavini və xarici işlər naziri Rəşid Meredovun təşkil etdiyi hökumət iclasında verilib.

Düşənbədə keçiriləcək sammitlər çərçivəsində bir sıra tədbirlərin keçirilməsi planlaşdırılır.

Prezident Sərdar Berdiməhəmmədov Türkmənistanın xarici siyasətinin ən mühüm istiqamətlərindən birinin regionda qonşu dövlətlərlə dostluq əlaqələrinin inkişaf etdirilməsi olduğunu vurğulayıb.

Prezident deyib ki, Türkmənistan Mərkəzi Asiya dövlətləri ilə həm ikitərəfli, həm də çoxtərəfli formatda fəal əməkdaşlıq edir və ənənəvi əməkdaşlığın bütün spektrdə daha da inkişaf etdirilməsi üçün konkret təkliflər irəli sürüb.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər